Week Sept 26
"Listen with the intent to understand, not the intent to reply."
Scroll down for the message in English
26 sentyabr həftəsi
Hadisələr: Leader in Me
Valideynlər və ailələr “Leader in Me” təliminə
qoşuldular. Müəllimlər də həftəsonu təlimdə iştirak etdilər. Siz “Leader in Me” proqramının dərs
cədvəlinə daxil edildiyini görəcəksiniz. Biz özünü idarəetmə bacarıqlarını bu
il “Leadder in Me” dərsi zamanı və ya fənn dərslərində şagirdlərə açıq şəkildə
öyrədəcəyik.
Kembric Kurikulumu və gələcək yollarla bağlı qarşıdan
gələn sinif görüşlərimiz var.
XXI Əsrin Kembric bölməsindəki bütün tələbələrə A
səviyyəsi imtahanları ilə 11-ci sinfi bitirmək imkanı vermək üçün proqramımızı
düzəldirik.
Bu, cəmiyyətimizdə müəyyən planlaşdırma tələb edir,
çünki A səviyyəsi adətən 12-ci sinif imtahanıdır, lakin Azərbaycanda tələbələr
11-ci sinifdə məzun olurlar.
Növbəti günlərdə IGCSE imtahanları, AS səviyyə
imtahanları və A səviyyə imtahanları, eləcə də tələbələri gələcəkdə nə gözləyə
biləcəyini müzakirə etmək üçün sinif görüşləri keçiriləcək.
• 27 Sentyabr Çərşənbə axşamı 16:00, 9-cu sinif
otağında 9-cu sinif
• 28 Sentyabr Çərşənbə 16:00, 10-cu sinif otağında
10-cu sinif
• 29 Sentyabr Cümə axşamı 16:00, 11-ci sinif otağında
8E-1 və 8E-2 sinifləri
• 4 Oktyabr Çərşənbə axşamı 16:00, 7-ci sinif otağında
7-ci sinif
• 5 Oktyabr Çərşənbə 16:00, 6-cı sinif otağında 6-cı
sinif
İbtidai siniflərdə görüş 6 Oktyabr (Cümə axşamı)
Bildiyiniz kimi, bir çox xarici universitetlər oktyabr
ayından qəbul prosesinə başlayır.
Bu prosesdə tələbələri lazımi şəkildə məlumatlandırmaq
və onlara dəstək olmaq üçün müxtəlif universitet nümayəndələri ilə görüşlər,
motivasiya məktubu (və digər sənədlər) yazmaq, seminarlar və kampuslara
ekskursiyalar təşkil etmək məqsədəuyğun tədbirlərdir.
Nəzərinizə çatdırım ki, 27 sentyabr saat 12:00-da
Mərkəzin akt zalında UBC universitetinin ( https://www.ubc.ca/ ) nümayəndəsi ilə
məlumat sessiyası keçiriləcək.
Əlavə informasiya:
Sessiya zamanı istifadə olunacaq dil - İngilis
İştirakçılar - 10 və 11-ci sinif şagirdləri (hər üç
bölmə)
Sessiyanın müddəti - 40-50 dəqiqə
Görüş zamanı yuxarı sinif şagirdləri universitetə
qəbul şərtləri ilə tanış ola və onları maraqlandıran sualları verə bilərlər.
Gözəl bir həftə keçirin!
Patrick Sweeney
Direktor müavini
Kembric bölməsi
XXI əsr
Week of Sept 26
Many parents and families joined us for the Leader in Me training. The teachers also had training this whole weekend. You will notice that Leader in Me is built into the timetable. We will be explicitly teaching these self-management skills to students in the Leader in Me time and in subject classes this year.
We have upcoming class meetings regarding Cambridge Curriculum and future pathways
We are adjusting our program to allow all students in the XXI Century Cambridge division the opportunity to graduate in grade 11 with the A-level exams.
This takes some planning and consensus in our community because the A level is normally a grade 12 Exam, but students in Azerbaijan graduate in grade 11.
To discuss these plans
there will be class meetings on the following days to discuss IGCSE exams, AS
level exams, and A Level Exams as well as what the students can expect in the
future.
·
Tues Sept 27 4:00: Grade 9 in the Grade 9 classroom
·
Weds Sept 28 4:00 Grade 10 in the grade 10 room
·
Thurs Sept 29 4:00 Grade 8e 1 and 8e2 in the Grade 11 room
·
Tues Oct 4 4:00 Grade 7 in the grade 7 room
·
Weds Oct 5 4:00 Grade 6
in the grade 6 room
Primary Meeting Thursday, Oct 6
As you know, many foreign
universities start the admission process from October.
Meetings with various
university representatives, writing a letter of motivation (and other
documents), organizing seminars and excursions to campuses are appropriate
activities in order to properly inform and support students in this process.
I would like to bring to
your attention that on September 27 at 12:00, an information session will be
held with a representative of UBC university ( https://www.ubc.ca/ ) in the
assembly hall of the Center.
Additional Information:
meeting language -
English
participants - 10th and
11th grade students (all three sections)
session duration - 40 -
50 minutes
During the meeting,
upper-class students can familiarize themselves with the terms of admission to
the university and ask questions of interest.
Have a great week!

Comments
Post a Comment